Putindən nazirlərə nüvə sınaqları ilə bağlı göstəriş

Rusiya prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinə, Müdafiə Nazirliyinə, xüsusi xidmət orqanlarına və mülki qurumlara nüvə silahı sınaqlarına hazırlıq imkanları barədə təkliflər təqdim etməyi tapşırıb.

Lim10.az xəbər verir ki, bu barədə Rusiyanın "TASS" agentliyi məlumat yayıb.

“Xarici İşlər Nazirliyinə, Rusiya Federasiyasının Müdafiə Nazirliyinə, xüsusi xidmət orqanlarına və aidiyyəti mülki qurumlara tapşırıram ki, bu məsələ ilə bağlı əlavə məlumat toplasınlar, onu Təhlükəsizlik Şurasının platformasında təhlil etsinlər və nüvə silahı sınaqlarına hazırlıq işlərinin başlanması ilə bağlı razılaşdırılmış təkliflər təqdim etsinlər,” – deyə dövlət başçısı bildirib.

Putin sonda onlardan hesabat gözlədiyini tapşırıb.