Bu gün Tehranda keçirilməsi planlaşdırılan “3+3” (Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan, Ermənistan) formatında keçiriləcək iclasda, Gürcüstan təmsil olunmayacaq.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunub ki, Gürcüstan bu görüşdə heç vaxt iştirak etməyib və iştirak etmir. “3+3” formatında keçirilən iclasın əsas məqsədlərindən region problemlərinin regiondan kənar ölkələrin iştirakı olmadan və bölgə ölkələrinin iştirakı ilə həll olunması, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının həyata keçirilməsini xüsusi qeyd etmək olar..
Qeyd edək ki, “3+3” formatında ilk iclas Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsindən 2021-ci il 10 dekabr tarixində Moskvada keçirilib.