Pensiya yaşı azaldılmalıdırmı?!

Akif Nəsirli: "Gözlənilən ömür uzunluğu ilə bağlı göstərici eyni zamanda Azərbaycanda pensiyaya çıxma yaşı ilə bağlı dartışmalar doğurur"

Bu gün ölkəmizdə ən çox müzakirə edilən və ətrafında müzakirə açılan, əksər halda dövlət qurumları ilə müstəqil ekspertlərin rəyinin üst-üstə düşmədiyi məsələ pensiya yaşı ilə bağlıdır. 

Dövlət qurumları insanların orta ömür həddinin gələcəkdə artacağını desə də, ekspertlər bu məsələdə elə də nikbin deyil. Keçək əsas məsələyə. 

Nazirlik və Dünya Bankının hesablamalarına əsasən 2050-ci ildə gözlənilən orta ömür uzunluğu qadınlarda 82,8 yaş, kişilərdə isə 79,8 yaş təşkil edəcək (yəni pensiyanın ödəniş müddəti daha da artacaq).

Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pensiya yaşı ilə bağlı KİV-in sorğusuna cavabında bildirilib.

Qeyd edilib ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də həyat şəraitinin yaxşılaşması, səhiyyənin inkişafı və tibb xidmətlərinin beynəlxalq standartlara uyğun təşkili, habelə elm və texnologiyanın inkişafı ilə əlaqədar iş və həyat təhlükəsizliyinin yüksəlməsi nəticəsində gözlənilən orta ömür uzunluğu davamlı olaraq artır.

"Hazırda dünyanın bir çox ölkələrində də pensiya yaş həddi 65 və daha yüksəkdir, habelə əksər ölkələrdə pensiya yaşı mərhələli şəkildə artırılmaqdadır. Pensiya yaşının azaldılması məsələsinə əmək fəaliyyətinin son yaş həddi ilə birlikdə baxılmalıdır. Çünki pensiya yaşına çatmaq bir sığorta hadisəsidir, şəxsin əmək qabiliyyəti olmaması deməkdir. Təcrübə göstərir ki, pensiyaya çıxdıqdan sonra uzun müddət pensiya alanların sayı kifayət qədər çoxdur (yaşa görə 68,5% pensiyaçı 12 ildən artıqdır ki, ödəniş alır).

Nazirlik və Dünya Bankının hesablamalarına əsasən 2050-ci ildə gözlənilən orta ömür uzunluğu qadınlarda 82,8 yaş, kişilərdə isə 79,8 yaş təşkil edəcəkdir (yəni ödəniş müddəti daha da artacaqdır). Onu da qeyd edək ki, pensiyaya çıxma yaşı ölkəmizlə yanaşı, əksər ölkələrdə, eləcə də regionda yerləşən və sosial-iqtisadi inkişaf səviyyəsi təqribən Azərbaycanla oxşar olan ölkələrdə, o cümlədən Rusiya, Qazaxıstan və s. kimi ölkələrdə də orta ömür uzunluğunun artımına mütənasib şəkildə artırılır və həmin ölkələrdə gələcək perspektivdə də yaş həddinin daha da artırılması hədəflənmişdir.

Bu baxımdan qeyd etməliyik ki, indiki mərhələdə ölkəmizdə kişilər və qadınlar üzrə pensiya yaşının azaldılması məsələsi müzakirə edilmir", - deyə bildirilib.

Nazirliyin açıqlamasından belə çıxır ki, orta ömür uzunluğu artırsa pensiya yaşı da artırılacaq. 

“Ölkədə gözlənilən ömür uzunluğunun və orta pensiya müddətinin reallığı əks etdirməsi…”

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli "Bakı-Xəbər"ə şərhində "Doğulanda gözlənilən ömür uzunluğu" adlanan bir anlayış var. Bu anlayış doğulanların hər birinin yaşayacağı ortalama il sayını göstərir. Ortaya çıxan say sözügedən ölkədə yaşam ortamının səviyyəsini də qiymətləndirməyə imkan verir. Dövlət Statistika Komitəsi (DSK) ötən ilin sonuna əhali statistikasıyla bağlı bilgiləri əks etdirən hesabatında həmin göstəricini də açıqlayıb. Rəsmi açıqlamaya görə, keçən ilin əvvəlinə Azərbaycanda gözlənilən ömür uzunluğu 73.6 olub. Ayrıca götürülsə, qadınların gözlənilən orta ömür uzunluğu 76 yaşa, kişilərdə isə 71 yaşa bərabərdir. Deməli, Azərbaycanda qadınların kişilərlə müqayisədə orta hesabla beş il daha çox yaşayacağı güman edilir. Gözləniləm ömür uzunluğu ilə bağlı daha bir diqqətçəkən məqam son illər bu göstəricinin pisləşməsidir. Axı 2019-cu ildə Azərbaycanda gözlənilən ömür uzunluğu ən yüksək səviyyəsinə çatmışdı – 76.4 ilə. Di gəl, son iki ildə ölüm hallarının artması bu göstəriciyə təsirsiz ötüşməyib. Beləcə, cəmi iki-üç il içində Azərbaycanda gözlənilən ömür uzunluğu üç ilə yaxın azalıb. Müstəqilliyin ilk illərində bu göstərici daha aşağı – 69 yaş civarındaydı. Sonrakı illərdə gözlənilən ömür uzunluğu ilə bağlı artım gözə çarpırdı. Ötən il qeydə alınan göstərici yenidən 2010-cu il səviyyəsinə qayıtmaq deməkdir"-deyə qeyd etdi.

Orta ömür uzunluğuna toxunan A.Nəsirlinin sözlərinə görə, son 10 ildə bu istiqamətdə elə də ciddi üstünlük yoxdur. “Azərbaycan əhalisinin sayına baxaq” - deyən ekspert "Nə dəyişib?

Toplanan məbləğ 12-yə deyil, 8-ə bölünsə, ortalama pensiya 520 manat olardı. 

Gözlənilən ömür uzunluğu ilə bağlı göstərici eyni zamanda Azərbaycanda pensiyaya çıxma yaşı ilə bağlı dartışmalar doğurur. İndi ölkədə kişilərin pensiya yaşı 65-dir. Qadınların da pensiya yaşı 2026-cı il iyulun 1-də 65-ə çatacaq. Onu da gözardı etmək olmaz ki, Azərbaycan qanunlarına görə, yaş üzündən pensiyaya çıxacaq şəxsə pensiya hesablanarkən onun çalışdığı illər ərzində topladığı pensiya kapitalı 144-ə bölünür. Bu ondan qaynaqlanır ki, hökumətin fikrincə, Azərbaycanda hər pensiyaçı ortalama 12 il pensiya alır. Amma rəsmi rəqəmlərdən görünür ki, bu heç də hər kəs üçün belə deyil.

İndiki rəqəmlərə söykənib demək olar ki, pensiyaçılar uyğun yaşa çatdıqdan sonra ortalama 8 il pensiya alırlar. Kişilər üçün bu göstərici daha aşağı – 6 il civarındadır. Bu baxımdan, pensiya alınacaq müddət 12 il deyil, daha az hesablansaydı, o zaman pensiyaçılar daha çox pensiya almaq şansı qazanardılar. Məsələn, iş həyatı boyunca 50 min pensiya kapitalı toplamış şəxs indiki qanunla aylıq 347 manat pensiya ala bilər (50 minhttps://baki-xeber.com/144). Ancaq həmin məbləğ 12 ilə yox, tutalım, 8 ilə bölünsə, pensiyaçının aylıq alacağı məbləğ 520 manat ola bilərdi. Bu baxımdan, ölkədə gözlənilən ömür uzunluğunun və orta pensiya müddətinin reallığı əks etdirməsi həm də pensiyaçıların aylıq ödənişinin məbləğinə ciddi təsir edir"-deyə A. Nəsirli qeyd etdi. Ekspertin sözlərinə görə, Azərbaycanda sinir sistemi xəstəliklərindən ölənlərin sayı kəskin artıb:"Ölənlərin, az qala, yarısı pensiya yaşına çatmır. Rəsmi rəqəmlər, təbii ki, ölkədə pensiya yaşının ədalətli olub-olmamasına dair müzakirələr doğurur. DSK-nın əvvəlki dövrlərdə açıqladığı göstəricilərə görə, ötən il Azərbaycanda 76 min 878 nəfər vəfat edib. Onların 30 min 544-ü (40 faizi) yaşı 65-i aşmayan şəxslərdir. Bu rəqəmi cinslər üzrə gözdən keçirdikdə aydın olur ki, kişilər arasında qeydə alınan ölümlərin 47 faizi 65 yaşadək olub. Deməli, ölkədə hər iki kişidən biri pensiya yaşına çatmadan vəfat edir. Di gəl, hökumət rəsmiləri Azərbaycanda pensiya yaşının yüksək olması ilə bağlı ittihamları əsaslı saymır. Qadınlara gəlincə, ötən il vəfat edənlərin 32 faizi - təxminən üçdə biri 65 yaşına çatmayan xanımlardır.

Ölüm göstəricisi tək ortayaşlı şəxslər arasında deyil, gənclər arasında da yetərincə çoxdur. İki  il əvvəl vəfat edən 3 min 300 nəfərin yaşı 29-dan az olub. Bu, bütün ölümlərin 4 faizi demək idi. 27 min 255 nəfər 30-64 yaş arasında ölənlərin sayıdır. Bu, bütün ölümlərin 35 faizi anlamına gəlir. 

Qeyd edim ki, Azərbaycanda doğum kəskin azalıb, abort kəskin artıb”.

A. Nəsirli vurğuladı ki, əgər 2017-ci ildə hər 100 nəfərdən 14 nəfər pensiya alırdısa, 2023-və ilə görə, hər 100 nəfərdən cəmi 11 nəfər pensiya alır.   "Pensiyaçıların sarı 2017-ci ildən indiyə qədər xeyli azalıb. Pensiyaçıların sayı bu ilə qədər ən azı 120 min azalıb. Əgər pensiyaçıların sayı azalıbsa, deməli pensiyaya çıxanlar azalıb, ömür uzunluğu azalıb. Məsələn, 2023-cü ilin göstəricilərinə görə, ümumi ölümlərin təxminən 40 faizi pensiya yaşına çatmadan baş verir. Hər 100 insandan 40-ı pensiya yaşına çatmadan dünyasını dəyişən vətəndaşlarımızıdır. 2022-ci ildə ölənlərin 40 faizi pensiya yaşına çatmayanlar olub. Bu onu göstərir ki, pensiya yaşına çatmayan kifayət qədər vətəndaşımız var. Bütün bunlar onu göstərir ki, Azərbaycanda ömür uzunluğu rəsmi qurumların qeyd etdiyi kimi deyil. Əslində hər bir vətəndaş pensiya yaşına çatandan sonra 12 il pensiya almalıdır. Yəni hər bir vətəndaşın topladığı sığorta kapitalı 12 ilə bölünür. Azərbaycan hökumətinə görə, ölkə vətəndaşlarının orta ömür uzunluğu 75, 8 ildir, BMT-nin hesablamalarına görə isə 73 ildir”-deyə A.Nəsirli vurğuladı.

İradə SARIYEVA