SOCAR platformalarında dözülməz problemlər

Mirvari Qəhrəmanlı 

Mənə yazırlar:Salam Mirvari xanım, mən 20 ilə yaxındı 28 May NQCİ də işləyirəm, 20 ildə bir dəfə görmədim ki, rəhbərlik bizi düşünsün. Paylaşımlarda yazırsınız ki, işcilərin daşınmasında böyük problemlər var. Amma bilmirsiz ki, sənədlə bu problemlərin olmaması üçün nə qədər pullar yazılıb, silinib. Neftçilərin platformaya göndərilməsi hava səraitinə görə (dumanlı) helekopterlə mümkün olmadıqda gəmi ilə həyata keçirilir. Gəmi ilə platformaya sərnişin aparılma aşaqdakı kimi həyata keçirilir:  

Gəmi yanalma meydançası vasitəsi ilə işçilərin qəbulunun həyata keçirir, əgər hava şəraiti imkan vermirsə (dalğanın hündürlüyü və küləyin surəti) gəminin xüsusi trapı olur. Sərnişin qəbulunu onunla heyata keçirilir. Bunun üçün gəminin hidravlik avtomatik və mexaniki idarə olunan pilləkəni olur. Əgər yuxarıda qeyd olunan 2 variant mümükün deyilsə, onda sərnişin qəbulu platformanın avtomatik idarə olunan kran və yaxud mexaniki yük qaldırma mexanizimi ilə xüsusi sərnişin səbəti ilə həyata keçirir.  

Yuxarıda qeyd etdiyimiz variantlar sənədlə, varsa Güneşlı yataqında calişan fehlələr niye növbəni dəyişə bilmirə?  

Deyirlər hava dumanlıdır, hava məkanı bağlıdı helokopter uçuş həyata kecirə bilmir. Platformaya sərnişin daşıyan helokopterlərin pilotları da maraqlı deyil. Daşıyıcı şirkət ona görə maraqlı deyil ki, bu gün olmasın, sabah olsun say yerindədir, adam yerindədi,  bu xidməti alternativ qaydada həyata keçirəcək, onunla rəqabət aparan digər şirkət yoxdur. Pilot isə uçuş heyata keçirdi-kecirmədi eyni əmək haqqı alır. Bu işcisi əziyyət çəkən, əməkdaşlağrı boşuna platformada qalan təşkilat üçqn də maraqlı deyil. Tutaq ki, bir işçinin dənizdə 1 günlük əmək haqqısı 10 manatdırsa, onun 8 manatını dənizdə qalana, 2 maənatını isə sahildə qalana verir. Təşkilatın işi pozulmur, təşkilat hec nı itirmir. Əgər helokopterlə daşıyıcı şirkət görsə ki, getməsə növbə dəyişmə gəmi ilə həyata keciriləcək, onda kommersiya maraqına görə növbəni mütləq dəyişəcək.

Təklif: Yuxarıda göstərilən variantlarla növbəni dəyişməsi mümkündür, sadəcə onu düşünən rəhbər yoxdur. Cünku rəhbərlik işcilər dənizə getdi-getmədi, sabit əmək haqqısını alır, hec nə itirmir. Rəhbərlik bəhanə gətirir ki, Xəzərdə suyun səviyyəsi 2 m. aşaqı düşüb, sərnişinlər üçün gəmi yanalma meydançasına minib-düşmək təhlükəlidi və ya mümkün deyil. Carəsi var. Sərnişin daşıyan gəminin trapına (sərnişinlərin minib-düşməsi üçün nəzərdə tutulub) mobil xarakterli artırma pilləkən yığılsın. Həmin bu pilləkən Cilov adasına yerləşdirilsin və növbə dəyişmə zamanı gəmiyə yerləşdirilsin.  

Əgər priçallar bu qeder aşağıdırsa, minib-düşmək mümkün deyilsə, istehsalat zərurəti ilə hava sakit olanda Günəşli, Neft Daşları və sair NQCİ-də platformalar arası işcilərin yer dəyişməsi və digər proseslər necə heyata keçirilir? - Bu proses hidravlik avtomatik və mexaniki idarə olunan piləkənli gəmi vasitəsi ilə icra edilir. BP- şirketi bu vasitə ilə növbəni dəyişir, bunu istısə SOCAR da edə bilər, etmir. 

Sual: Platformanın avtomatik idarə olunan Kran və yaxud mexaniki yük qaldırma mexanizimi ilə xüsusi sərnişin səbəti vasitısilə həyata keçirmək mümkündür? Səhv etmirəmsə, 2016-cı il ya 2018-ci il idi. Daşqın İsgəndərovun (həmim illərdə "Azneft" İB rəhbəri, hazırda SOCAR vitsesi-prezidenti) təşşəbusü ilə yuxarıda qeyd olunan problemi nəzərə alaraq, işcilərin rifahını düşünərək "Azneft" in dəniz özüllərnə sərnişin, yük və ərzaq səbətləri alındı (sənədlə). Sərnişin səbətləri ancaq Günəşlı yataqında bir necə özülə verildi. Bunların alınmasına yüksək məbləğ pul xərcləndi, amma sənəddə! Digər ərzaq və yük səbətləri işcilərin öz bacarığı ilə daxili imkanlar hesabına hazırlandı. Həmin səbətləri alanlar, o sənədlərə qolçəkənlər, xüsüsən də SƏTƏM şöbəsi, o zaman SƏTƏM üzrə Baş direktorun müavini olan Cəlair məllim (indi "Azneft" İB-da əməliyyatlar üzrə müavini), sizlərə bir sualım var: niyə səbətləri işlədə, istifadə edə bilmirsiz, niyə o səbətləri platformada atılıb qalıb? Gözləyirsiz istismar müddəti çatan kimi, ya da “dənizə düşdü” aktı yazıb siləsiz? O səbətlərdən istifadə edin, deyən kimi deyirsiz SƏTƏM qaydaları icazə vermir, bizim platformalarda işlədməyə. Qol cekib alanda bilmirdiz ki, SƏTƏM qaydaları icazə vermir? Deyirsiz ki, bunlar ancaq avtomatik və mexaniki idarə olunan kranla istifadə edilir. Bilmirdiz ki, platformada hansı kranlardan istifadə edirsiz? Bilmirdiniz ki, dəniz platformalarında sovet istehsalı olan KEQ-kranları istifadə olunur? Sovet dönəmindən qalan cəmi 3 platformada isə HAK - Türküyə istehsalı olan kranlarınız var .