Bakı-Sumqayıt-Bakı avtomobil yolu üçün yeni layihə hazırlanır.
Layihənin məqsədi paytaxt yollarında tıxac problemini həll etməkdir. Vətəndaşlar düşünürlər ki, şəhərdə alternativ yollar salınmalıdır. Digərləri isə sürücülük mədədniyyətinin vacibliyini vurğulayıblar.
Nəqliyyat eksperti, layihə rəhbəri Aslan Əsədov da deyir ki, çıxış yolu alternativ yolların salınmasıdır.
Həmin yollardan bəziləri aşağıdakı kimi ola bilər:
Biləcəri, Masazır qəsəbələri və yaxın ərazilərdən “Nəsimi” metro stansiyasına birbaşa çıxış;
Bakı-Sumqayıt istiqamətində yeni yolun 4-cü mikrorayon dairəsi, Zərifə Əliyeva adına göz klinikası yaxınlığından keçməsi.
“Mərdəkan, Qala, Pirallahı, Şağan qəsəbələrində yeni stansiyalar qurulacaq, hansı ki, “Koroğlu” metro stansiyası ilə birbaşa əlaqəsi olacaq”, – deyə A.Əsədov vurğulayıb.
Alternativ yolun əvvəlcə 2 gediş, 2 gəliş zolağı olması nəzərdə tutulub. Gələcək perspektivdə isə bunu 8 zolağa qədər genişləndirmək olar.