Atyalı qəsəbəsinin yol problemi həllini tapmayıb? - ŞİKAYƏT + VİDEO

Abşeron rayonunun Atyalı qəsəbəsinin sakinləri  həll olunmamasını iddia edirlər.

Qəsəbə sakini İlkin Həsənov sakinlərin şikayətlərini Lim10.az-ın redaksiyasına ünvanlayıb.

O, yol problemi ilə bağlı şikayətlərinə cavab almadıqlarını qeyd edib:

“Yağış yağıb, yollar keçilməz vəziyyətdədir. Şikayətimizə baxan yoxdur. Palçıq əlindən tərpənə bilmirik. Kanalizasiya suları da küçəyə axır. Məktəbə gedən yol bərbad vəziyyətdədir. Uşaqlar məktəbə gedə bilmirlər. Yol problemi həllini tapmayıb”.

Abşeron Rayon Hökməli Qəsəbə Bələdiyyəsinin sədri Ramil Orucov Lim10.az-ın sorğusuna cavab olaraq bildirib ki, vətəndaşların şikayət etdiyi Qaçaq Nəbi küçəsində yerli bələdiyyə tərəfindən bir neçə dəfə abadlıq işləri aparılıb, əraziyə çınqıl tökülərək yayılıb:

“Abşeron rayonunun Hökməli qəsəbəsindəki daxili küçələrin abadlaşdırılması, o cümlədən gecə işıqlandırılmasının təmin edilməsi kimi məsələlər daimi olaraq Abşeron Rayon İcra Hakimiyyətinin və yerli bələdiyyənin nəzarətində saxlanılır. Ötən il ərzində qəsəbənin 10-dan çox küçəsində abadlıq işləri aparılıb, şəhidlərin adlarını daşıyan 2 küçə asfaltlanıb, digərlərinə isə çınqıl tökülərək yayılıb. 

Abşeron RİH-nin müraciəti əsasında 2023-cü ildə qəsəbənin 2 küçəsi (4 kilometr) gecə işıqlandırılması ilə təmin olunub. Cari ildə isə daha 26 küçənin (ümumilikdə 18155 metr), o cümlədən Qaçaq Nəbi küçəsinin də işıqlandırılması ilə bağlı müraciət olunub və bu işlərin ilin ortalarına qədər başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, vətəndaşların şikayət etdiyi Qaçaq Nəbi küçəsində yerli bələdiyyə tərəfindən bir neçə dəfə abadlıq işləri aparılıb, əraziyə çınqıl tökülərək yayılıb. Yerli özünüidarəetmə orqanlarının büdcələri sakinlər tərəfindən verilən vergilər əsasında küçələrin asfaltlanmasında müəyyən yubanmalar olur. Buna baxmayaraq Qaçaq Nəbi küçəsinin asfaltlanması məsələsi qurumun planlarına daxil edilib və büdcə imkan verdiyi zamanda adıçəkilən küçənin asfalt örtüyü ilə təmin olunması nəzərdə tutulub”.

Həmin görüntüləri təqdim edirik:

@oxuaz

Atyalı qəsəbəsinin yol problemi həllini tapmayıb.

♬ оригинальный звук - Oxu.az News

Nəzrin Vahid