Bakıda məktəbin həyətində yanğın olub - YENİLƏNİB + VİDEO

Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən 17 saylı orta məktəbin həyətində yığılmış tullantılarda baş vemiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən qısa müddətdə söndürülüb.

Bu barədə FHN məlumat yayıb.

Yanğın nəticəsində məktəbin həyətində 0,5 kvadratmetr sahədə taxta qırıntıları yanıb.

10:36

Bakıda məktəbdə yanğın baş verib.

APA xəbər verir ki, yanğın Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən 17 saylı tam orta məktəbdə qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri cəlb olunublar.

Yanğının qarşısını almaq üçün tədbirlər görülür.