Qazaxda avtomobilin vurduğu piyadalardan biri xəstəxanada ölüb

Qazaxda altı gün öncə avtomobilin vurduğu piyada xəstəxanada vəfat edib.

“Report”un məlumatına görə,  rayonun Qarapapaq kəndində yol-nəqliyyat hadisəsində xəsarət alan 1975-ci il təvəllüdlü Elmira Şıxlinski müalicə aldığı xəstəxanada vəfat edib.

Xatırladaq ki, yol-nəqliyyat hadisəsində daha bir piyada da ağır xəsarətlər alıb.