Dövlət Komissiyası: “Onlarla kütləvi məzarlığın yeri barədə məlumatlar var”
“İşğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkar edilməsi ilə bağlı onlarla ərazidə qazıntı aparılması planlaşdırılır”.
Bunu APA-ya açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
O bildirib ki, builki plana uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə axtarış məqsədli qazıntılar davam etdiriləcək:
“Bu qazıntılar işğaldan azad edilmiş bütün əraziləri əhatə edəcək. Bizdə onlarla kütləvi məzarlığın yeri barədə məlumatlar var. Bu məlumatlar toplanaraq sistemləşdirilir”.