Bakıda zəncirvari qəzada üç avtomobil toqquşub, xəsarət alanlar var - FOTO/VİDEO

Bakıda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lim10.az xəbər verir ki, hadisə Bakı-Salyan şosesində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 2106” minik maşını iki avtomobillə toqquşaraq aşıb. Hadisə nəticəsində üç nəfər xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib.