Bakıda dördotaqlı ev yanıb

Bakıda dördotaqlı ev yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli dördotaqlı evin dam örtüyünün yanar konstruksiyaları 70 kvadratmetr sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.