Bakıda zəncirvari qəza: Üç avtomobil toqquşdu - FOTO

Bakının Nərimanov rayonunda üç avtomobilin toqquşması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Koroğlu Rəhimov küçəsində qeydə alınıb. Hadisədə “Ford”, “Toyota Prius” və KIA markalı minik avtomobilləri toqquşub.

Əraziyə polis əməkdaşları cəlb ediliblər. Hadisənin təfərrüatı araşdırılır.