Nazir: “Sentyabrda 1000 azərbaycanlı gənci Qarabağ Universitetində tədrisə cəlb etməliyik”
“2024-cü ilin ən vacib xəbəri Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması olacaq”.
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.
“Yəni artıq sentyabrda 1000 nəfər azərbaycanlı gənci Qarabağ Universitetində tədrisə cəlb etməliyik. Buna uğurla nail olacağımıza inanırıq”, - o əlavə edib.
Nazir il üçün ikinci böyük təşəbbüs kimi Azərbaycan-Türkiyə universitetinin yaradılmasını vurğulayıb:
“Bu universitet ölkələr arasında qardaşlıq bağlarının elm və təhsil sahəsində möhkəmlənməsinə xidmət edəcək. İrəlidəki 7-8 ay ərzində bu ali təhsil müəssisəsinin qurulmasına nail olunacaq”.