Daxili İşlər Nazirliyində yüksək vəzifəyə təyinat - FOTO

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsində şöbə rəisi təyinatı olub.

Lim10.az-ın xəbərinə görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, xidmətin inspektoru, polis mayoru Anar Qafarov Mətbuat Xidmətinin Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi təyin edilib.