Masallıda avtomobil velosipedçini vuraraq öldürüb
Masallıda avtomobil velosipedçini vuraraq öldürüb.
APA xəbər verir ki, Əkrəm Məhərrəm oğlu Hüseynov etibarnamə ilə idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə Xallıcalı kəndində velosipedçi Rasət İmran oğlu Abdullayevi vurub.
Velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaqı aparılır.