Bakıda 1 nömrəli peşə məktəbinin yataqxanasında acınacaqlı vəziyyət: Həyətə xüsusi texnika gətirildi - VİDEO
Bakıda peşə məktəbinin həyəti tullantı poliqonuna çevrilib.
Bu barədə Lim10.az-ın redaksiyasına ünvanlanan şikayətdə qeyd edilib. Vətəndaş iddia edib ki, söhbət paytaxtın Xətai rayonu, Cavanşir küçəsi, 10A ünvanından gedir.
Orada yerləşən 1 nömrəli peşə məktəbinin yataqxanasının həyəti acınacaqlı vəziyyətə düşüb. Redaksiyaya göndərilən kadrlar məişət tullantıları poliqonundan mənzərəni xatırladır.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. İcra hakimiyyətindən Lim10.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun dəstəyi ilə Turizm və Sosial Xidmətlər Dövlət Bakı Peşə Təhsili Mərkəzi və Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən sözügedən ərazi məişət tullantılarından təmizlənib.
Könül Cəfərli