Motosikletçi yolun kənarında uzanan sərxoş şəxsin üstündən keçərək öldürüb
Saatlıda motosiklet sürücüsü yolun kənarında uzanan sərxoş şəxsin üstündən keçib.
APA xəbər verir ki, hadisə rayonun Qırağlı kəndində qeydə alınıb.
Niyaməddin İsgəndərov idarə etdiyi “Dnepr-11” markalı motosikletlə yolun kənarında sərxoş vəziyyətdə uzanıqlı şəkildə olan, 1974-cü il təvəllüdlü Ədalət Əliyevin baş nahiyəsinin üstündən keçib.
Yaralı xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.