Xaçmazda ağır qəza: VAZ betona çırpıldı - VİDEO

Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baku.ws xəbər verir ki, hadisə rayonun Yalama kəndində qeydə alınıb. 

Hadisə zamanı VAZ-2106 markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı betona çırpılıb.

Qəza nəticəsində avtomobilə ciddi ziyan dəyib, sürücü isə xəsarətlər alıb.

Hadisə yerindən kadrları təqdim edirik: