Üç övladı olan İmamalının dəstəyə ehtiyacı var: Müalicələri yarım qalıb - FOTO
Üç övladı olan İmamalı Mirzəyevin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Lim10.az-a onun həyat yoldaşı Sona Mirzəyeva məlumat verib.
O bildirib ki, yoldaşı iki ilə yaxındır mədə xərçəngi xəstəliyindən əziyyət çəkir.
“İmamalının iki il öncə halsızlığı, ağrıları başladı. Bir müddət sonra isə yemək yeyə bilmədi. Həkim müayinəsinə getdiyimiz zaman ona mədə xərçəngi diaqnozu qoyuldu. Bir müddət müalicə etsək də, son altı ayda artıq kimyaterapiyalar qəbul etməyə başlayıb”.
Sona Mirzəyeva yoldaşının müalicəsini davam etdirmək üçün yardıma ehtiyacı olduqlarını deyib.
“İmamalı xəstəliyindən öncə bizi fəhləliklə, taksi sürücülüyü edərək saxlayırdı. Xəstəliyi ağırlaşandan sonra işləyə bilmir. Müalicələri yarımçıq qalıb. Hazırda yoldaşımın bir kurs müalicəsi üçün 2 400 manata ehtiyacı var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (070) 563-18-18.
Kapital Bank: 5239 1517 5451 8101.