Bakıda haradan aşağı qiymətə torpaq sahəsi alıb ev tikdirmək olar? - VİDEO

Son illər paytaxtın ətraf kənd və qəsəbələrində məskunlaşmanın sürətlə artması yaşayış təyinatlı boş torpaq sahələrini kəskin azaldıb.

Xezerxeber.az-ın xəbərinə görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, Bakının bəzi rayonlarında demək olar ki, fərdi yaşayış evi tikmək üçün çıxarışlı torpaq sahəsi tapmaq müşkülə çevriilib.

Ekspert bunu insanların həmin ərazilərə axını ilə əlaqələndirib.

E.Fərzəliyev deyir ki, mövcud vəziyyət paytaxtın kənar rayonlarında satışa çıxarılan fərdi yaşayış evlərinin qiymətinə də təsirsiz ötüşmür.

Onun sözlərinə görə, Bakıda torpaq sahələrinin nisbətən aşağı qiymətə satıldığı ərazilər də var.

Ekspert əlavə edib ki, hazırda paytaxtda infrastrukturun daha çox inkişaf etdiyi ərazilərdə fərdi yaşayış evlərinin tikintisinə üstünlük verilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: