Azərbaycanda təhsil alan Efiopiya vətəndaşı fəlsəfə doktoru oldu
Azərbaycanda təhsil alan Efiopiya vətəndaşı iqtisad üzrə fəlsəfə doktoru adını alıb.
Lim10.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.
Məlumata görə, UNEC-də doktorantura təhsili alan Efiopiya vətəndaşı Abrehet Mehari Gebreselassie iqtisad üzrə fəlsəfə doktoru olub.