"Formula 1"dən pul qıranlar "qusur"
2015-2020-ci illərdə Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib.
Mehdiyevə verilmiş ittiham ondan ibarətdir ki, o, Formula 1 yarışları ərəfəsində marşallar üçün geyim, ləvazimat, yağçəkən parçalar və digər əşyaları sifariş verərkən malların qiymətini süni şəkildə artırıb. Həmçinin dövlət büdcəsindən ayrılmış pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb.
İstintaqla Ç.Mehdiyevin ümumilikdə 397 min 852 manat dövlət vəsaitini mənimsədiyi üzə çıxıb. Həmçinin 1 milyon manata yaxın qiymətləndirilən əmlakları üzərinə həbs qoyulub.
İstintaq dövründə Ç.Mehdiyev mənimsədiyi məbləğin 100 min manatını dövlət büdcəsinə geri ödəyib.
Təqsirləndirilən şəxs həbsdə deyil. Onun haqda istintaq dövrü müddətində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
© t.me/operativmm