Xəbəri dəqiqləşdirmək məqsədilə əməkdaşımız M. Ə. Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasına gedərək Reyhan Hacızadə ilə görüşüb.
Reyhan müəllimə xəbərin doğruluğunu təsdiqləyərək bildirib ki, insidentə səbəb onun öz vəzifə funksiyalarını yerinə yetirməsi və təşkilatçı İlhamə Abbasovanın səlahiyyət həddini aşması olub. Reyhan müəllimə əlavə edib ki, təşkilatçı İlhamə Abbasova və kitabxana müdiri Vüsalə Qədiməliyeva onu psixoloqun kabinetinə salaraq döymüş və ağır ifadələrlə təhqir etmişlər. Hazırda vəziyyətinin qənaətbəxş olduğunu, lakin bir müddət həkim nəzarətində qalmasının vacibliyini qeyd edən Reyhan Hacızadə baş verən hadisədən sonra məktəb rəhbərliyinin onun vəziyyəti ilə maraqlanmadığını bildirmişdir.
Məsələyə ETN-nin, BŞTİ-nin və 163 nömrəli məktəbin direktor əvəzi Ramil Tanrıverdinin mövqeyini öyrənməyə cəhd eləsək də telefonlarımıza cavab verən olmadı.
Qeyd edilən insidentlə bağlı araşdırmalarımız davam edir. Hadisənin daha ətraflı təfərrüatı haqqında Reyhan müəllimənin fikirləri və araşdırma yazımız olacaq. Bizi izləyin!
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq!/aia.az/