Əsəd Şirinov: “Qarabağda su təchizatı ilə bağlı dörd fərqli layihəmiz var”
“Azərbaycanın yerüstü su ehtiyatlarının təxminən 25-30%-i Qarabağ ərazisindədir”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov Bakı Su Həftəsi (“Baku Water Week”) çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
“İşğal dövründə hidrotexniki qurğularımız vandallığa məruz qalıb. İndi onları bir-bir təmir edirik. Ağdamdakı Xaçınçay, Tərtərdəki Suqovuşan və Füzulidəki Köndələnçay su anbarlarının təmir-bərpa işləri tamamlanıb. Növbəti dövrdə Ağdərədəki Sərsəng su anbarının təmir-bərpa işlərinə başlanacaq. Bundan əlavə, dörd fərqli layihəmiz var”, - Ə.Şirinov qeyd edib.
Onun sözlərinə görə, Qarabağdakı bolsulu çaylardan istifadə edilərək yeni su anbarları inşa ediləcək:
“Beləliklə, Qarabağın suyunun həm də Aran zonasında istifadəsinə nail olacağıq”.