Şabranda FACİƏ: Ana və uşaq doğuş zamanı öldülər

Şabran rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində ana və uşaq ölümü baş verib.

Lim10.az xəbər verir ki, doqquz aylıq hamilə olan Şabran şəhər sakini, 1987-ci il təvəllüdlü Nailə Qasımova doğuş zamanı ölüb, körpəni də xilas etmək mümkün olmayıb.

Mərhumun həyat yoldaşı Kərəm Qasımov bildirib ki, bu, qadının üçüncü hamiləliyi olub.

K.Qasımov həyat yoldaşının və körpəsinin həkim səhlənkarlığı nəticəsində öldüyünü bildirib.

Faktla bağlı araşdırma aparılır.