Hüquq müdafiəçisi həbsxanada aclıq aksiyasına başladı - TƏFƏRRÜAT

Hüquq müdafiəçisi Xasməmmədov Taleh Vidadi oğlunun anası Gülbuta Xasməmmədova gundemxeber.az-n redaksiyasına müraciət ünvanlayıb və o, müraciətində bildirir: “Oğlumu 17 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində Göyçay RPŞ-nin əməkdaşları heç bir əsas olmadan saxlayır və barəsində CM-nin 221.3 maddəsi ilə ittiham irəli sürürlər. Bu həbsin sifarişi Göyçay RPŞ-nin rəisi  Müqalib Abdıyev və Göyçay Rayon Prokuroru Ramin Hüseynov tərəfindən verilir. Taleh xəstədir və onun aclıq aksiyası keçirməsi onun həyatının sonu deməkdir. Əgər həbsxanada oğlumun başına hərhansı bir iş gələrsə, o halda baş verənlərə görə Müqalib Abdıyev və Ramin Hüseynov məsuliyyət daşımalı olacaqlar. Qeyd edim ki, Taleh hər iki məmurun özbaşınalıqları ilə bağlı sosial şəbəkədə paylaşımlar yayımlamışdı. Oğlumun həbs müddəti 08 mart 2024-cü ildə başa çatsa da, onu 07 martda Şəki Pentensiar Müəssəsindən Ucar Rayon Məhkəməsinə gətirirlər. Həmin gün məhkəmə təxirə salınır. Bildirim ki, Talehin və dövlət itdihamçısının iştirakı olmadan oğluma 298.2 maddə də tətbiq olunur və barəsində seçilmiş həbs qərarı  dəyişdirilmədən qüvvədə  saxlanılır. Həbs müddəti uzadılmır. CM-nin 162-ci maddəsinə görə məhkəmə qərarı ilə həbs müddəti uzadılmayan şəxslər rəisin qərarı ilə azad olunurlar. Hakimin belə bir qərarından sonra apelasiya şikayəti də verilə bilməz. Bu da o deməkdir ki, həmin qərarın həbsdə saxlanma qərarı ilə heç bir əlaqəsi yoxdur.

  Bütün bunlara baxmayaraq, Taleh hələ də qanunsuz olaraq həbsdə saxlanır. Oğlumun 19 martda yenidən məhkəməyə çıxarılacağı deyilir. Taleh bu cür qanunsuzluqlara etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb. O, aksiyasını aşağıdakı şərtlər qüvvəsini tapana qədər davam etdirəcək. Baş verənlərlə bağlı Ombudsmana da məlumat vermişəm .

  Talehin müddətsiz aclıq aksiyasına başlamasının səbəbləri,

 

1. Cinayət hadisəsi ilə heç bir əlaqəsinin olmaması 

 

2. Qanunsuz həbs olunmasına etiraz etməsi

 

3. Hakimin bilə-bilə ədalətsiz qərar qəbul etməsi, azadlıq və  müdafiə hüququnun məhdudlaşdırılması

 

4. İbtidai istintaqda sübutların saxtalaşdırılması

 

5 Şəki Pentensiar Müəssəsində saxlanma şəraitinə və tibbi yardımın göstərilməməsinə etiraz

 

Aclıq aksiyasını Azərbaycan Pespublikası Prezdentinin nümayəndəsi və hüquq-mühafizə orqanlarının məsul vəzifəli şəxsləri tərəfindən dindirilənədək. Barəsində seçilmiş həbs qəti imkan tədbirinin dəyişdirilməsinədək."

Hesab edirik ki, yuxarı instansiyalar məsələnin mahiyyətini araşdırıb tezliklə ədalətli qərar verəcəklər.

 

GundemXeber.Az