İki ağır xəstəliyi olan Zəhranın anası: “Epilepsiyası tutanda qorxuram geri qaytara bilməyim” - FOTO/VİDEO
12 yaşlı Zəhra iki ağır xəstəliklə mübarizə aparır.
Bu barədə Lim10.az-a onun anası Aygün Əlizadə məlumat verib.
O qeyd edib ki, övladı Zəhra Hüccət qızı Nuriyeva həm autizmdən, həm də serebral iflicdən əziyyət çəkir:
“Biz Lənkəranda yaşayırıq. Beş övladım var. Onlardan ən böyüyü Zəhradır. Onun iki ağır xəstəliklə mübarizəsi, həqiqətən, bir ana olaraq məni məhv edir. Qızımın vəziyyəti günü-gündən ağırlaşır. Bir neçə aydır müalicələrini etdirə bilmədiyimiz üçün vəziyyəti lap pisləşib. Zəhranın gün ərzində 4-5 dəfə epilepsiyası tutur. Hər dəfə onu geri qaytara bilməyəcəyəm deyə qorxudan az qalıram dəli olam. Yardımsevər şəxslərdən mənim övladıma dəstək olmalarını, onun əlindən tutmalarını xahiş edirəm. Müalicə üçün hazırda 1 000 manata ehtiyacımız var”.
Kart nömrəsi: 5243 7544 4272 1815.
Ailə ilə əlaqə: (051) 506-91-02.