Ədliyyə Nazirliyinin sabiq şöbə rəisi şərlənərək həbs edilib!
Mətbuatda Ədliyyə Nazirliyinin Katibliyinin məxfi şöbəsinin sabiq rəisi Hafiz Əliyev Maştağa qəsəbəsinin sədri İlqar Qurbanova (vəfat edib-red) təkrar bələdiyyə sədri seçiləcəyi barədə yalan vəd verməsi, onun 90 min manat pulunu ələ keçirməsi ittihamı ilə 5 il müddətinə həbs edilib.
Sabiq şöbə müdirinin yaxınlarının bildirdiyinə görə, İ.Qurbanovun anası Hafizə Qurbanova H.Əliyevlə bağlı heç bir instansiyaya şikayət etməyib: “Anasının da, həyat yoldaşının ərizəsi var ki, belə bir şikayət etməyiblər. Bu, yalandır ittihamdır. Hafizə Qurbanova məktubunda bildirib ki, Hafiz Əliyevə nə verib ki, Ədliyyə Nazirliyinə şikayət yazsın? Qadın şikayət ərizəsinə də imza çəkmədiyini deyir. Hafiz Əliyevə pul vermədiyini bildirir. Şikayəti Beyləqan rayonu, Kəbirli kənd sakini Ziyad adında şəxs edib. O, vaxtilə Maştağa bələdiyyəsində işləyib. Düşünürük ki, o, kiminsə tapşırığını icra edib”.
Qeyd olunub ki, Qurbanovlar ailəsi Ədliyyə Nazirliyinə ittihamın yalan olması ilə bağlı ərizə təqdim ediblər.
Qeyd: “Qafqazinfo.az”ın yaydığı məlumata görə, Hafiz Əliyevlə bağlı cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Şəlalə Həsənovanın sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə H.Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Xatırlatma: H.Əliyev nazirlikdə həmin vəzifəni 2019-2023-cü illərdə i icra edib.