Bakıda binanın blokunda qadın meyiti tapıldı

Bakıda qadın binanın blokunda ölüb.

Lent.az xəbər verir ki, hadisə Nizami rayonu ərazisində baş verib. 42 yaşlı T. Məmmədova yaşadığı binanın blokunda qəfil dünyasını dəyişib.

Onun xəstəlik səbəbindən öldüyü bildirilir. Meyiti bina sakinləri tapıblar.