Bakıda gənc oğlanı avtomobil vurub
Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, Binə qəsəbəsində avtomobil yolu keçən 2001-ci il təvəllüdlü Hakim Maarif oğlu Rəhimlini vurub.
Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.