Bakı-Moskva təyyarəsi Domodedovodakı məhdudiyyət səbəbindən Şeremetyevo hava limanına enib
“Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Moskva (Domodedovo hava limanı) marşrutu üzrə J2 181 reysini yerinə yetirən təyyarəsi hava limanının bağlı olması ilə əlaqədar Şeremetyevo aeroportuna enib.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən bildirilib.
Təyyarə Bakı vaxtı ilə saat 12:15-də Şeremetyevo hava limanına uğurla eniş edib.
Domodedovo aeroportunun bağlanmasına təhlükəsizlik tədbirləri səbəb olub.
Əlavə suallar yarandıqda, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.