Məmurlar Mehdiabadı "döyüş poliqonu"na çeviriblər - RƏZALƏT (VİDEO)
Faktdır ki, Abşeron rayonunun kənd və qəsəbələrində bu gün də sosial problemlər aşıb daşmaqdadır. Belə ki, yerli sakinlərin yaşadıqları ərazilərin bir çoxunda kanalizasiya boru xətləri olmadığından, sakinlər ağır, dözülməz vəziyyətdə yaşamağa məhkum olmuşlar. Qeyd edək ki, redaksiyamıza Abşeron rayonu, Mehdiabad qəsəbəsi, "Bakı Gecəsi" küçəsində yaşayan bir qrup sakinlərin adından təqdim olunan müraciət əsasında, əməkdaşlarımız həmin ünvanda olmuşlar və ərazidə lazımi video- çəkiliş də həyata keçirmişlər. Bir sözlə, gundemxeber.az xəbər portalı əməkdaşlarının ərazidə yaşanan problemlə bağlı hazırladıqları video- reportajı izləyicilərimizə təqdim edirik: