Sumqaylt İcra Hakimiyyətinin növbəti qanunsuz əməli
Şakir Məmmədov adlı Facebook istifadəçisi yazır ki, 21 dekabr 2023-cü ildə Sumqayıt icra Hakimiyyətinə qarşı İnzibati Məhkəmədə iddia qaldırmışdım. İddiaya səbəb 1985-ci ildən mənzilə ehtiyacı olan qismində, güzəştli əsaslarla Sumqayıt İcra Hakimiyyətində mənzil növbəsinə qeydiyyata alınmışam. Yataqxanada 12 kv.m sahəsi olan darısqal 1 otaqda yaşayırıq. Bu illər ərzində 1000 dəfələrlə cavabdehə və aidiyyatı qurumlara müraciətlər etmişəm. Cavabında mənə yazılı olaraq bildirmişlər: "Şakir Məmmədov, siz həqiqətən də 1985-ci ildən ev növbəsi qeydiyyatına alınmısınız. Təkrarən bildiririk ki, mənzillər növbəlilik əsasında verilir". Əcaba, 39 ildir ev növbəsindəyəm. Növbə mənə niyə çatmır?! Sumqayıt İnzibati Məhkəmədən ailəmizin evlə təmin olunma öhtəliyini cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdim. Məhkəmə bildirişi alan Sumqayıt İH başçısı Zakir Fərəcov 23 saylı sərəncamı ilə, əsassız olaraq, məni ev növbəsindən çıxarmışdır. Bu dəfəki iddiamda isə, məhkəmədən cavabdehin məni dərhal mənzil növbəsinə bərpa etməsini və mənzillə təmin olunma öhtəliyini cavabdehin üzərinə qoyulmasın xahiş etmişəm.
P.S. Məhkəmə prosesi müraciətimdən 4 ay sonraya təyin olunub. İtirəcək bir şeyim yox. İtirən də, rüsvay olan da Sumqayıt şəhər İcra Hakimiyyəti olacaq!
Hormetli MEMMEDOV ShAKIR MEHEMMEDELI OGLU! Sizin 20.05.2024 tarixde, saat 11:10 da, Sumqayit Inzibati Mehkemesi, Zal 15-de, iddiaci MEMMEDOV ShAKIR MEHEMMEDELI OGLU iddia telebine dair (cavabdeh: SUMQAYIT ShEHER ICRA HAKIMIYYETI) 2-1(118)-3507/2024 sayli ish uzre iddiaci qisminde mehkeme iclasinda ishtirak etmeyiniz zeruridir. Bildirish no: 2-1(118)-3507/2024-003 Tel: Hakim: Ismayil Quliyev