"Bakcell"dən insan həyatına sayğısızlıq - SAKİNLƏRDƏN XƏBƏRSİZ DAMDA ANTENNA QURAŞDIRILIB

Baki şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 239, mən 74A ünvanda yaşayan İbrahimov Cavan Həmdulla oğlu yaxır ki, şəxso əmlakımız olan mənzilimizdə mənim və ailəmin sağlamlıqğı təhlükə altındadır. Çoxsaylı dövlət qurumlarına və operator şirkət olan "Bakcell"ə məlumatlar versəm də, heç kim bu məsələyə münasibət bildirməyib. Ona görə də qərara gəldim ki, məsələni media vasitələrilə ictimayiləşdirim.
Beləki, mən üç nəfər ailə üzvlərimlə birlikdə 1990-cı ildən qeyd etdiyim ünvanda yaşayiriq. Yaşadığımız ünvan vağzala yaxın olduğu üçün səsli-küylü bir ərazidir, onsuzda narahatlıq kifayət qədərdir. 
Təxminən 2018-ci ildə mənim və qonşuların xəbəri olmadan, heç bir razılaşma və ya bildiriş təqdim etmədən “Bakcell” şirkəti, hamidan xəbərsiz, bəlkə də gecə saatlarında mənim son mərtəbədə yerləşən mənzilimin düz üstündə antenna quraşdırib! Yatdığım yerlə antenna arasındaki məsafə bir metrdir. Antennadan xəbərimiz yox idi, mənzildə uğultu səsləri eşidirdik. Xəbər tutduq ki, bəs mənzilin üstündə antenna quraşdırilib. Bu uğultu yaxında olan digər qonşulara da gedir. Çoxsayli informasiya mənbələrindən oxudum ki, tək uğultu səsi deyil, bu antennadan elektromaqnit şüalanması da yayilir və sağlamlığımız üçün ciddi təhlükədir! Tam əminəm ki, “Bakcell”in qovluğunda çoxsayli dövlət orqanlarının “OK”-icazə sertifikatları var! Axı fakt odur ki, mənzilimizdə daim uğultu səsi var və təsadüfi deyil ki, il ərzində özümdə və ailə üzvlərimdə bu antenna qurulandan sonra tez-tez naməlum simptomlu xəstələnmələr baş verir! Bu işlərə sənəd verən, cavabdeh qurumlar desin görüm, bütün sutka uğultu səsi gələn mənzildə kim rahat olar, yaşayar bilər, hələ şüalanmanı demirəm?!
Bu problemlə bağli dəfələrlə şıfahi məlumatdan sonra, 15.03.2024-cü il tarixdə Fövqəladə Hallar Naziri Kəmaləddin Hetdərova, ”Bakcell” şirlətinin prezidentinə, Baki şəhər xüsusi təyinatli mənzil-komunal təsərrüfatı birıiyinin rəisi Cavanşir Allahverdiyevə, Baki şəhəri 20 sayli mənzil-istismar sahəsinin rəisi Elman Həsənova bir neçə qonşunun imzası ila rəsmi məktublar göndərsək də, heç bir nəticə yoxdur. Şikayətimi bildirmək üçün dəfələrlə “Bakcell”in rəhbərliyi ilə görüşmək istəsəm də, mənin nə rəhbərliklə görüşə buraxıblar, nə də məni bir dinləyən olmayıb! Məcbur olub antennani şəbəkədən ayiran kimi, ”Bakcell"in adamları tökülüb gəli. Uğultunu müvəqqəti azldılar, qısa zamanda uğultu yenə bərpa olundu! İstəyim budur ki, ailəmiz və qonşularımiz bu bəladan xilas olsun, mənə ya uyğun yerdə mənzil verilsin ki, köçüm və ya antenna burdan yığışdırılsın.
Xahiş edirəm bir vətəndaş olaraq olaraq mənim hüququmu qorumaqda yardımçı olasınız, bu ərizəmi ən ali dövlət orqanlarına çatdırasıniz və eyni zamanda mediada işıqlandırasınız ki, insanlara mpbil xidmət gostırmək, bəzi hallarda onların cibinə girmək hesabina varlanan şirkət insanlara belə zülm etməsinlər.

"Bakcell" şirkətindən məsəlıyə münadibət almaq mümkün olmadı, amma biz onların da mövqeini dərc etməyə hazırıq. 

Məsələ ilə bağlı araşdırmalarımız davam edəcək. 
İmza: Cavan İbrahimov 19.03.2024