İki ağır xəstəlikdən əziyyət çəkən Muradın dəstəyə ehtiyacı var: Müalicələri yarımçıq qalıb - FOTO

Yeddi yaşlı Muradın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Lim10.az-a onun anası Rüfanə Abbasova məlumat verib.

O bildirib ki, övladı serebral iflic və beta-talassemiya xəstəliyindən əziyyət çəkir.

“Muradın 7 yaşı var. Anadangəlmə serebral iflicdən əziyyət çəkir. Onun bir yaşı olanda beta-talassemiya xəstəliyindən də əziyyət çəkdiyini öyrəndik. Həmin gündən, inanın, lazım olan bütün müalicələrini etdirməyə çalışmışıq. Hazırda müalicələri davam etdirmək üçün 600 manata ehtiyacımız var”.

Gənc ana bildirib ki, Murad onun böyük övladıdır.

“Bir ana üçün övladının iki ağır xəstəlikdən əziyyət çəkməsi çox çətindir. İnanın, bilmirəm hansı dərmanın, hansı həkimin dalınca qaçım. Yoldaşım fəhlə işləyir, özümüz isə kirayədə qalırıq. Bu qədər imkansızlığın içində iki ağır xəstəliklə mübarizə aparmaq çox çətindir. Yardımsevər şəxslərdən övladıma dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 710-12-76.

Xalq Bank: 4198 4185 7002 8454.