Xəzər dənizində zəlzələ olub
Xəzər dənizində zəlzələ olub.
Bu barədə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu xəbər yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 4:47-də Siyəzən stansiyasından 220 kilometr şərqdə qeydə alınıb. Zəlzələ üç maqnitudada olub.
Zəlzələnin ocağı 28 kilometr dərinlikdə yerləşib.