Netanyahu Qətərə və digər ölkələrə ultimatum verdi

İsrailin Baş naziri Benyamin Netanyahu 2023-cü il oktyabrın 7-də törədilmiş terror aktına görə məsuliyyət daşıyanların hamısının ölkədən çıxarılmasını və ya məsuliyyətə cəlb olunmasını tələb edib.

Lim10.az bu barədə İsrail hökumətinin saytına istinadla xəbər verir.

"Mən Qətərə və terrorçuları gizlədən bütün ölkələrə deyirəm: ya onları çıxarın, ya da məsuliyyətə cəlb edin. Çünki bunu siz etməsəniz, biz edəcəyik", - deyə Netanyahu bildirib.

Xatırladaq ki, sentyabrın 9-da İsrail Qətərdə HƏMAS rəhbərliyinə dəqiq zərbələr endirib.(oxu.az)