Serebral iflicdən əziyyət çəkən Əlinin anası: “Yemək almağa belə pulumuz yoxdur” - FOTO
11 yaşlı Əlinin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Lim10.az-a onun anası Elnarə Dadaşlı məlumat verib.
O bildirib ki, övladı anadangəlmə serebral iflicdən əziyyət çəkir.
“Əli anadangəlmə serebral iflicdən əziyyət çəkir. Bir dəfə səkkiz yaşında, bir dəfə də iki ay öncə əməliyyat olunub. Hazırda dərmanlarını alıb, müalicələrini etdirə bilmirik. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm. Əlinin hər ay müalicəsi davam etdirilməlidir, bunun üçün isə 200-250 manata, reabilitasiya üçün isə 150-200 manata ehtiyacımız var. İnanın, vəziyyətimiz çox pisdir, yeməyə belə nəsə tapmağa çətinlik çəkirik. Əlinin vəziyyətinə görə mən işləyə bilmirəm”.
Ailə ilə əlaqə: (055) 976-66-21.
Kart nömrəsi: 4169 7388 9339 6162.