Ötən gün Azərbaycan ərazisində vətəndaşlardan götürülən silah-sursatın miqdarı açıqlandı

Polis əməkdaşları ötən gün vətəndaşlardan sursatlar götürüblər.

Bu barədə Lim10.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 24-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında dörd qumbara, iki alışdırıcı, iki patron darağı və 132 ədəd müxtəlifçaplı patron təhvil götürülüb.

Həmçinin, ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan bir tapança, bir tüfəng, iki patron darağı və 10 ədəd patron aşkar edilərək götürülüb.