Təzyiqli xəstələr üçün ideal məhsul

Təzyiqli xəstələr üçün ideal məhsulun adı müəyyən edilib
Dietoloq Natalya Denisova deyir ki, kartofun tərkibində çoxlu miqdarda kalium var və bu, yüksək təzyiqdən əziyyət çəkən insanlar üçün faydalıdır. Həkimin sözlərinə görə, kartof ürək-damar xəstəliklərinin inkişaf riskini azaltmağa kömək edir, çünki tərkibindəki kalium qan təzyiqini aşağı salır. Bundan əlavə, kartof yüngül sidikqovucudur. - Həkim açıqlayuıb.
100 qram kartofda gündəlik kaliumun yüzdə 23-ü var. Həkim kartofun B, PP və C vitaminləri, kalsium, fosfor və dəmirlə də zəngin olduğunu vurğulayıb. Mütəxəssis qeyd edib ki, kartofda yemək zamanı maksimum qida maddələrini saxlamaq üçün, onları bişirdikdə, qabığında qaynatmaq lazımdır.
Dietoloq əlavə edib ki, qaynadılmış kartof aşağı kalorili məhsuldur. Onun 100 qramında cəmi 76 kalori var. Eyni zamanda, eyni miqdarda kartof qızartması 300 kaloridən ibarətdir.
“Kartofun tərkibində yüksək glisemik indeks (GI qlükozanın qana daxil olma sürətini qiymətləndirən bir göstəricidir. Bu göstərici nə qədər yüksək olsa, qlükoza qana daha sürətli daxil olur və onun səviyyəsində sıçrayış daha kəskin olacaqdır. Glisemik indeks şkalası qlükozaya əsaslanır - onun GI 100-dür. GI nə qədər yüksək olsa, qan şəkərinin səviyyəsi bir o qədər tez yüksələcək.) daxildir ki, bu da qan şəkərinin səviyyəsinin artmasına səbəb ola bilər. Ona görə də şəkərli diabet xəstələri üçün kartofdan çox istifadə etməmək daha yaxşıdır”, - Denisova yekunlaşdırıb.