Bakıda özünü göz görə-görə ölümə atan qadınla bağlı AÇIQLAMA - YENİLƏNİB + VİDEO

“Bakıda avtomobil yoluna çıxan qadın barəsində qanunvericiliyə uyğun tədbirlər görülür”.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru İbrahim Əmiraslanlı Lim10.az-ın sorğusuna cavab olaraq bildirib.

Qeyd olunub ki, paytaxtın Suraxanı rayonunda yolun hərəkət hissəsinə keçməklə təhlükə yaradan şəxsin əməlləri ilə bağlı yayılan görüntülər araşdırılıb.

İ.Əmiraslanlı bildirib ki, görüntüdə əks olunan qadının şəxsiyyəti məlumdur. Onun tüfeyli həyat tərzi sürən şəxs olması müəyyən olunub və barəsində qanunvericiliyə uyğun tədbirlər görülür.

12:36

Bakıda avtomobil yoluna çıxan qadının təhlükə saçan hərəkətlərini velosiped sürücüləri kameraya çəkiblər.

Avtosfer.az xəbər verir ki, hadisə hava limanı yolunda baş verib.

Belə ki, velosiped sürücüləri sözügedən yolda hərəkət edən zaman bir qadının yolun ortasında olduğunu görərək onun hərəkətlərini müşahidə etməyə başlayıblar.

Məlum olub ki, o, özünü avtomobillərin önünə atmağa çalışıb.

Sürücülər onu yoldan çıxartmağa çalışsalar da, qadın yenidən yola qayıdaraq öz əməlindən əl çəkməyib.

Həmin görüntüləri təqdim edirik:

 

Əzizə İsmayılova