Bakıda hoteldə baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində hər mərtəbəsi 750 kvadratmetr olan dördmərtəbəli otel binasının ikinci mərtəbəsində sahəsi 9 kvadratmetr olan saunanın yanar konstruksiyaları yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yanğın zamanı FHN-in müvafiq qüvvələri tərəfindən 25 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
14:39
Bakının Səbail rayonunda hoteldə baş verən yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Səbail rayonunun Qəsr küçəsində qeydə alınan yanğını nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qısa müddətdə söndürüblər.
14:31
Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində hoteldə yanğın olması barədə ilkin məlumat daxil olub.
Nazirlikdən Lim10.az-a verilən xəbərə görə, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə və digər zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Əlavə məlumat veriləcək.