BMT baş katibi Zelenski ilə perspektivləri müzakirə etdi
Vladimir Zelenski BMT Baş katibi Antonio Quterreşlə görüşün ilk nəticələri haqqında açıqlama verdi.
Biz taxıl təşəbbüsünün həyata keçirilməsi üzrə koordinasiyanı davam etdirmək barədə razılığa gəldik. Onun inkişafı üçün mümkün istiqamətləri müzakirə etdik.
Ukraynalıların qanunsuz və məcburi deportasiyası, hərbçilərimizin və həkimlərimizin əsirlikdən azad edilməsi məsələləri müzakirə olunub.
Rusiyanın Zaporojye AES-də nüvə şantajı mövzusuna xüsusi diqqət yetirilib. təcavüzkarın bu şüurlu terroru qlobal fəlakətli nəticələrə səbəb ola bilər. Ona görə də BMT bu strateji obyektin təhlükəsizliyini, onun silahsızlaşdırılmasını və rus qoşunlarından tam azad edilməsini təmin etməyə borcludur.