Toivo Klaarı əvəz edəcək şəxsin adı məlum oldu

Avropa İttifaqının (Aİ) Siyasi və Təhlükəsizlik Komitəsi Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsi vəzifəsinə Maqdalena Qrononun namizədliyini təsdiqləyib.

Lim10.az xəbər verir ki, bu barədə Çexiyanın Aİ yanında daimi nümayəndəliyindən məlumat verilib.

Beləliklə, Maqdalena Qrono 2017-ci il noyabrın 13-dən bu vəzifəni tutmuş Toivo Klaarı əvəz edəcək.

Yaxın vaxtlarda Maqdalena Qrononun namizədliyinin Aİ Şurası tərəfindən rəsmən təsdiqlənəcəyi gözlənilir.