Kəlbəcər Şəhər günü münasibətiylə qaçış keçrilib
Zəfər Qaçış Klubunun təşkilatçılığı ilə Kəlbəcər Şəhər gününə (Kəlbəcərin azad olunmasının il dönümü) həsr olunmuş 30 km-lik məsafəyə kütləvi qaçış keçirilmişdir.
Qaçış tədbirindən öncə idmançılar Bakı Bulvarındakı "7 Gözəl Fəvvarəsi"nin qarşısında toplaşdılar. Zəfər Qaçış Klubunun direktoru Elşən Quliyev idmançıları salamladı, Kəlbəcər şəhər günü münasibəti ilə təbriklərini çatdırdı. İdmançılar klubun baş məşqiçisi Namiq Əsədovun təlimatı ilə isinmə hərəkətlərini icra etdilər. Daha sonra dövlət himni səsləndirildi. Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Qaçışa "7 Gözəl Fəvarəsi"nin qarşısından start verildi. Qaçış "Qələbə" qaçışının marşrutu ilə Baku Kristal Holun qarşısından geri dönməklə 3 dairə olmaqla 30 km məsafəni əhatə etdi. Tədbir gözəl Bakı Bulvarında istirahət edən yerli sakinlər və turistlərə yüksək əhval ruhiyyə bəxş etdi. Bir çox şəhər sakini belə tədbirlərə qoşulmaq üçün kluba müraciət etdi. Qaçış tədbiri müvəffəqiyyətlə başa çatd. Rəhbərlik bütün idmançılara təşəkkürünü bildirdi. Belə kütləvi qaçışların əhalinin fiziki aktivliyinin artması üçün əla təbliğat olduğunu bildirdi.