Belarus Avropanın 30-dan çox ölkəsi üçün vizasız rejim tətbiq edəcək

İyulun 19-dan etibarən Belarus Respublikası 35 Avropa ölkəsi ilə vizasız rejim tətbiq edəcək.

Lim10.az mk.ru-ya istinadən xəbər verir ki, siyahıya Avstriya, Belçika, Macarıstan, Yunanıstan, Danimarka, İspaniya, Fransa, İsveç və digərləri daxildir.

İndi Belarusa gələn xarici vətəndaşlar Rusiya Federasiyası istisna olmaqla, üçüncü ölkələrə tranzitlə gedə biləcəklər.

Avropanın 35 ölkəsinin vətəndaşları etibarlı sənədlərlə bütün buraxılış məntəqələrindən daxil olub çıxa biləcəklər. Əcnəbilər Belarusa daxil olduqları tarixdən etibarən otuz gün ölkə ərazisində qala biləcəklər.

Yeni sərəncam 2024-cü il dekabrın 31-dək qüvvədə olacaq.