Bakıda “NATO günləri” başlayıb

 

Azərbaycan Müdafiə Nazirliyi ilə NATO arasında 2022-ci il üçün əməkdaşlıq proqramı çərçivəsində Bakıda “NATO günləri” başlayıb.

NATO günləri çərçivəsində Avropadakı Müttəfiq Qüvvələrin Baş Qərargah rəisinin müavini kontr-admiral Qunşteyn Brusdalın rəhbərlik etdiyi alyans nümayəndə heyətinin bir sıra görüşləri nəzərdə tutulub.

Noyabrın 25-dək davam edəcək “NATO günləri” çərçivəsində müxtəlif mövzularda brifinqlər təşkil olunacaq