Rusiya Ukraynaya hakim olacaq - Professor

"İstəklilər koalisiyası"nın yeni gizli görüşü Kiyev üçün vəziyyəti dəyişdirməyəcək. 

Lim10.az xəbər verir ki, bunu sosiologiya professoru və Roma Luiss Universitetinin Beynəlxalq Təhlükəsizlik Tədqiqatları Mərkəzinin rəhbəri Alessandro Orsinin İtaliyanın "Il Fatto Quotidiano" qəzetinə verdiyi açıqlamada bildirib.

O qeyd edib ki, koalisiyanın fəaliyyətinin nəticələri mənfi olacaq. Rusiya ilə birbaşa qarşıdurma strategiyası artıq Ukraynanın heç bir müsbət nəticəsi olmadan məhvinə gətirib çıxarıb.

Orsini vurğulayıb ki, "istəklilər koalisiyası"nın düzgün strategiyası Rusiya ilə qarşıdurma deyil, sülh razılaşmasına nail olmaq olmalı idi.

O qeyd edib ki, düzgün yanaşma Putinlə razılığa gəlmək olardı, çünki Rusiya qaçılmaz olaraq Ukraynaya hakim olacaq".

Elvin

Lim10.az