Papa Rusiyanın Ukraynaya təcavüzünü pisləyib

Roma Papası Fransisk Rusiyanın Ukraynaya qarşı müharibəsini 1930-cu illərin "Qolodomor"u (açlığı) ilə müqayisə edib.
Vatikanın Müqəddəs Pyotr meydanında minlərlə auditoriya qarşısında çıxış edən Fransisk "əziz və əzab çəkən Ukrayna xalqının dəhşətli əzabları haqqında xüsusi vurğulamağı" təklif etdi, bunu "The Wall Street Journal" yazır.
“Bu şənbə (26 noyabr) Stalinin süni surətdə törətdiyi 1932-1933-cü illərdəki aclıq nəticəsində [insanların] məhv edilməsinin, "Qolodomor"un, dəhşətli soyqırımının ildönümüdür. Gəlin bu soyqırım qurbanları üçün dua edək və bu gün təcavüzdən şəhid olan bütün ukraynalılar, uşaqlar, qadınlar, qocalar üçün dua edək”, - deyə Roma Papası bəyan edib (Reuters-dən sitat gətirib).


 The Wall Street Journal" yazır ki, Roma Papası Fransisk Rusiyanın Ukraynaya təcavüzünü indiyədək ən sərt şəkildə pisləyib. O, tez-tez ukraynalıların əzabından təəssüfləndiyini bildirib, lakin ümumiyyətlə Rusiyaya qarşı birbaşa ittihamlardan yayınıb və təcavüzün Qərb tərəfindən təhrik edildiyini bir neçə dəfə təkrar edib.

Ukrayna hakimiyyəti "Qolodomor"u Ukrayna xalqının soyqırımı hesab edir. Rusiya hakimiyyəti bu qiymətləndirmə ilə razılaşmır və aclıq zamanı etnik ukraynalılarla yanaşı, başqa xalqların nümayəndələrinin də kütləvi şəkildə həlak olduğunu bildirir.