Dünyanın ən varlı üçüncü adamının iclas qaydaları: İki pizza, boş kreslo...

“Amazon”un qurucusu, ABŞ-li milyarder Ceff Bezosun keçirdiyi iclaslarla bağlı bəzi qaydaları var.

Lim10.az  xarici KİV-ə istinadla xəbər verir ki, o, “Amazon”u böyüdərkən iclasları sürətli qərar vermək üçün bir vasitəyə çevirib.

Məlumata görə, onun üçün əsas məsələ iclasları məhsuldar idarə etmək idi.

“Amazon”da Ceff Bezosun formalaşdırdığı bəzi qaydaları təqdim edirik:

İki pizza qaydası

İştirakçı sayı iki pizza ilə doyacaq qədər az olmalıdır.
Çünki qrupalarla qərar vermək daha az vaxt aparır. Həmçinin kiçik komandalarla işləmək ünsiyyəti gücləndirir.

"Powerpoint" olmaz

Slaydlar yerinə hər zaman danışıq tərzində yazılmış mətnlər olmalıdır. Çünki yazılı mətnlər konkret düşünməyə təşviq edir. Bundan əlavə, maddə işarələri arasına gizlənmiş əksikləri və səthi fikirləri üzə çıxarır.

Boş kreslo saxlamaq

Hər iclasda boş bir kreslo müştərini təmsil edir.
Bu yanaşma istifadəçi ehtiyaclarına fokuslayır, qərəzi azaldır və müştəri mərkəzli qərarlar verilməsini təmin edir.

Səssizliklə başla

İclasa başlamazdan əvvəl səssiz şəkildə 15-20 dəqiqə yazılı mətn oxunur. 
Hər kəs iclasa bərabər səviyyədə məlumatla başlayır. Bu üsul özünə qapanan şəxslərin təzyiq hiss etmədən düşünməsini təmin edir və “oxumamışam” bəhanasıni aradan qaldırır.

Konkret məsuliyyətlə bitir

Hər iclas hərəkət planı və konkret məsuliyyətlə başa çatmalıdır.
Bu sayədə qeyri-müəyyənlik ortadan qalxır, kimin nə edəcəyi dəqiqləşər və iclaslar sadəcə danışıqla qalmaz, həqiqi nəticələr əldə edilər.

Qeyd edək ki, Ceff Bezosun sərvətinin 2025-ci ilin may ayına olan məlumata görə, 220 milyard dollardan çox olduğu təxmin edilir və bu, onu dünyanın üçüncü ən varlı insanı edir. Onun xalis sərvəti fond bazarı ilə, xüsusən də bu yaxınlarda rekord həddə çatan "Amazon" səhmlərinin göstəriciləri ilə dəyişir.

Billurə